Yaponiya baş nazirinin oğlu nalayiq davranışına görə danlanıb

09:46 25.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın baş naziri Fumio Kişida böyük oğlu Şotaro Kişidaya yaraşmayan davranışa görə sərt töhmət verib. Bu barədə TASS Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunoya istinadən məlumat yayıb.

Kişida qeyd edib ki, oğlunun hökumət başçısının Tokio iqamətgahında davranışı yersizdir. O, əlavə edib: "Gələcəkdə bunun baş verməməsi, iqamətgahdan düzgün istifadə edilməsi və idarə olunması üçün hər cür səy göstərəcəyik".