Yardım hesabına yaşadı, öləndə MİLYONÇU OLDUĞU BİLİNDİ

14:32 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirin Soxaq vilayətində yaşayan bir kişi ömür boyu kasıblıqdan şikayət edib və dövlətin ayırdığı yardımlar hesabına yaşayıb. Lakin öləndə 1,5 milyon dollarlıq bir sərvəti miras qoyduğu aşkarlanıb. Onun bu qədər pulunun olduğunu yaxınları ölümündən bir ay sonra bilib.

Hafta.az xəbər verir ki, ölümündən sonra bankdan onun yaxınlarına zəng edərək hesabında təxminən 1,5 milyon dollar olduğunu xəbər veriblər. Mərhumun oğlu bu xəbəri eşidəndə o qədər təəccüblənib ki, huşunu itirib. Onun sözlərinə görə, atası heç vaxt banka getməyib və pul toplamayıb.

Bununla belə, ailəni tanıyanların sözlərinə görə, mərhum 30 il əvvəl körfəz ölkələrinə gedərkən varlanıb. Bununla belə, on il əvvəl Misirə qayıdan həmin adam ömür boyu kasıblıqdan şikayət edib və dövlətin yardımlarına möhtac olduğunu deyib. Artıq mərhumun qızına çoxsaylı evlilik təklifləri də gəlməkdədir.