Yardımlıda torpaq uçqunu - Bir nəfər ölüb

15:13 29.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) hafta.az-a verilən məlumata görə, hadisə rayonun Gavran kəndində olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.