Yasa gedən qardaşlar ÖLÜ TAPILDI

10:21 25.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuza qonaq gələn iki qardaş dəm qazından boğularaq ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində baş verib.

Məlumata görə, yas mərasiminə gələn 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıb. Hadisə məhz həmin evdə qeydə alnıb. Onlar dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.