Yasamalda mənzildən meyit tapıldı 

10:10 13.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda mənzildə meyit aşkarlanıb.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.