Yazını böyüt
Yazını kiçilt
Yaxın günlərdə gömrükdə “e-növbə” sisteminin tətbiqinə başlanılacaq. Hafta.az xəbər verir ki, bu barədə Lənkəranda “Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” mövzusunda jurnalistlər üçün keçirilən təlimdə Dövlət Gömrük Komitəsinin İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.
O bildirib ki, təxminən 1 həftə ərzində yeni sistemin mobil versiyası hazır olacaq. Sonra sistem sınaq rejimində fəaliyyət göstərəcək və tezliklə istifadəyə veriləcək.