Yeni epidemiya: Rusiyada FLiRT variantı yayılır

09:25 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada FLiRT adlı yeni koronavirus variantı aşkar edilib. RBC yazır ki, bu variant 178 xəstədə aşkarlanıb. Mövzu ilə bağlı açıqlama verən Rospotrebnadzor rəsmiləri bildiriblər ki, yeni variant əvvəlkilər qədər təhlükəli deyil.

Hafta.az-ın yazdığına görə, “Rospotrebnadzor” rəsmiləri bildirirlər ki, dərisi aşkar edilən FLiRT variantı Omicron-dan götürülüb.

Qurum 3 nəfərdə KP.2, 5 nəfərdə KP.1.1, 170 nəfərdə KS.1 variantının aşkar edildiyini də açıqlayıb. Bu variantlar əhali üçün əvvəlkilər qədər təhlükə yaratmır.

Ümumdünya Səhiyyə Təşkilatı FLiRT variantının Avropanın 14 ölkəsində olduğu kimi İsraildə də aşkar edildiyini açıqlayıb. FLiRT hazırda ABŞ-da dominant variantdır.