Moskvada yeni evlənən ən yaşlı gəlinin 91, ən yaşlı bəyin isə 96 yaşı var. Paytaxtın ZAGS (nikahların qeydiyyatı idarəsi) direktoru Svetlana Uxanevanın sözlərinə görə, 60 yaşdan yuxarı cütlüklərin iştirak etdiyi nikahlar ümumi sayının kiçik faizini təşkil edir. Bu il Moskvada 1200-ə yaxın evlilik olub.
Hafta.az-ın yazdığına görə, Uxaneva qeyd edib ki, statistika göstərir ki, 60 yaşdan yuxarı gəlinlər nikahların 2 faizini, bəylər isə 3,5 faizini təşkil edir. Bu rəqəmlər aşağı qalsa da, hər il müəyyən sayda yaşlı insanlar rəsmi nikaha girməyi seçirlər.
Oxşar nümunələri başqa ölkələrdə də görmək olar. Bu il Yaponiyada 31 yaşlı kişi təsadüfən tanış olduğu 63 yaşlı qadınla evlənib. Cütlük yaş fərqinə və ailələrinin etirazına baxmayaraq birliklərini rəsmiləşdirib.
Bu arada, Rusiyada müzakirələr fərqli istiqamətdə gedir: Korrupsiyaya Qarşı Federal Layihənin rəhbəri Vitali Borodin onlayn tanışlıq saytlarının qadağan edilməli olduğunu bildirib.