Rusiya parlamentinin aşağı palatası Dövlət Duması qanuna hərbi xidmətə çağırış alan rusları xidmət müddəti ərzində pasportlarını təhvil verməyə məcbur edən düzəlişlər qəbul edib.
Hafta.az-ın yazdığına görə, Duma deputatlarının ikinci və üçüncü oxunuşda qəbul etdiyi dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış alan ruslar xidmət müddətində pasportlarını təhvil verməli olacaqlar.
Qanunun müddəalarına əsasən vətəndaşlar həmçinin, xüsusi əhəmiyyət kəsb edən məlumatlara və ya dövlət sirlərinə çıxışı nəzərdə tutan təşkilatla əmək müqaviləsi bağlamaq, hərbi xidmətə çağırış və ya alternativ mülki xidmətə göndərilmə, federal təhlükəsizlik xidmətinin (FSB) orqanlarında işləmək (işdən çıxdıqları gündən beş il ərzində), müəyyən cinayətlərə görə həbs cəzası çəkənlər, məhkəmə tərəfindən qoyulmuş öhdəlikləri yerinə yetirməkdən yayınmalarına, səyahət sənədləri hazırlanarkən bilərəkdən yalan məlumatların verilməsi və müflis sayılmaq kimi hallarda onların pasportları müsadirə edilə bilər.
Dəyişikliklərə əsasən, çağırışçılar xidmət müddətində pasportlarını Daxili İşlər Nazirliyinin immiqrasiya idarəsinə və ya çoxfunksiyalı mərkəzlərə təqdim etməli olacaqlar.
Pasportlar çağırış haqqında qərar qəbul edildiyi gündən beş gün ərzində təqdim olunmalıdır. Qaydalar 18-27 yaş arası kişilərə şamil edilir.
Hərbi müddəti başa vuran hər kəs pasportlarını geri ala biləcəklər.