Yazını böyüt
Yazını kiçilt
Dehlidə 16 yaşlı yeniyetmə onunla qonşuluqda yaşayan üç yaşlı uşağı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Bu barədə “The Statesman” nəşri məlumat yayıb.
Polisin məlumatına görə, yeniyetmə və ölən uşaq bu il noyabrın 30-da itkin düşüb. Bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qətli etiraf edən məktəblini tapıb və oğlanın cəsədini harada axtarmaq lazım olduğunu söyləyib.
Uşağın qalıqları Meerutda yerləşən İnçoli meşəsində tapılıb. Müstəntiqlərin fikrincə, yeniyetmə oğlanın başını kəsib: qatil yəqin ki, tantra mantrasından istifadə edərək qurbanlıq mərasimi keçirib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlə bağlı araşdırmaları davam etdirirlər.