Yevlaxda keçmiş polis serjantı qətlə yetirilib 

09:21 08.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində polis serjantı kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.