Yol polisindən sürücülərə ÇAĞIRIŞ

19:47 30.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində gücləndirilmiş iş rejimində xidmət aparır.

İdarədən hafta.az-a verilən xəbərə görə, bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.

İdarə vətəndaşları qaydalara əməl etməyə və diqqətli olmağa çağırıb.