Yollarda görmə məsafəsi məhdudlaşacaq

15:20 21.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistral yollarda görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 22-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.