Yolu keçən piyadanı maşın vurdu

10:06 12.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Kürdəxanı qəsəbəsində baş verib

1974-cü il təvəllüdlü Loğmanov Rəhman Loğman oğlu yolu keçərkən onu “VAZ 21099” markalı nəqliyyat vasitəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.


Onun vəziyyətinin ağır olduğu bildirilir.