Yuliya Timoşenko koronavirusa yoluxub, vəziyyəti ağırdır

16:50 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın sabiş Baş Naziri, parlamentdəki “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Hafta.az-ın xəbərinə görə, bu barədə Y. Timoşenkonun mətbuat katibi Marina Soroka “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. 

Soroka Y. Timoşenkonun durumunun ağır olduğunu, hərarətinin 39 dərəcəyə çatdığını bildirib.