Malayziyada 54 yaşlı mağaza sahibi yuxuda gördüyü rəqəmlərin kombinasiyası sayəsində lotereyada qazanıb. Bu barədə Malay Mail məlumat yayıb.
Qadın lotereya biletində iki rəqəm kombinasiyasını göstərib: 5785 və 3887. O, dəfələrlə yuxusunda birinci kombinasiyanı görüb, digərini isə bir neçə dəfə Bantinq şəhərində qohumlarının yanına gedərkən avtomobillərin qeydiyyat nömrələrində görüb.
Hər iki kombinasiya lotereya zamanı çıxıb və ona sərvət gətirib. Uduşlar 16,3 milyon Malayziya ringgiti təşkil edib.
Qalib şoka düşdüyünü və güclü həyəcandan gecələr yata bilmədiyini bildirib. O, qazandığı pulla ailəsi üçün ev almağı və tətilə getməyi planlaşdırır.
“Bir mağaza sahibi olaraq həftənin yeddi günü işləyirəm və illərdir məzuniyyətə çıxmıram. Ailəmlə vaxt keçirməyi çox istərdim və indi nəhayət bunu edə biləcəyəm”, o deyir.
Qadın əlavə edib ki, o da qazandığı pulun bir hissəsini xeyriyyəçiliyə bağışlamaq istəyir.