Zaqatalada yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

13:03 21.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

F.Əliyeva barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.