Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinə başlanılıb

16:17 25.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb.

Hafta.az-ın məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcək.

 

“Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq. Kifayət qədər müəllimlərimiz var ki, həmin məktəblərdə işləməyə hazırdırlar”, - deyə E.Əmrullayev əlavə edib.

Oxunma sayı 1801