Zəngin ruslar Dubayı tərk edirlər

10:20 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna müharibəsindən sonra Dubayda məskunlaşan bir çox zəngin rus bankların sərt addımları səbəbindən son vaxtlar Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) tərk etməyə başlayıb.

Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, Dubay bankları ABŞ-ın təzyiqi altında Rusiya vətəndaşlarına və Rusiya şirkətlərinə qarşı tətbiqlərini sərtləşdirib.

Ukraynada müharibə başlayandan sonra səfərbərlikdə iştirak etməmək və ya mallarını ölkədən çıxarmaq istəməyən bir çox Rusiya vətəndaşı Dubayda məskunlaşıb.

Henley & Partners şirkətinin Yaxın Şərq üzrə meneceri Filipp Amarant deyib: “Rusiyalı müştərilərimdən bəziləri iki il əvvəl Dubayda daşınmaz əmlak investisiyalarını azaldıblar. Onlar burada çox az aktiv qoyub, ya Moskvaya qayıdırlar, ya da Mavriki kimi daha cəlbedici yerlərə üz tuturlar”.

“Betterhomes” daşınmaz əmlak şirkətinin məlumatına görə, hazırda Rusiya vətəndaşları BƏƏ-də daşınmaz əmlak almaqda birincidirlər. Hansı ki, 2023-cü ildə üçüncü yerdəydilər.