Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərəsi olmadı

09:35 10.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya regiondakı hərbi obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Yaxın Şərqə “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini göndərmək planını təsdiqləməyib.

Hafta.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Böyük Britaniya Baş nazirinin Aparat sözçüsünə istinadla məlumat yayıb. Onun sözlərinə görə, gəminin göndərilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb.