Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır-FOTO

21:17 28.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz qorxmuruq, onlar elə bilirlər ki, bizi qorxudacaqlar. Amma sağalım, yenidən Bərdəyə qayıdacam, lazım olsa, birbaşa döyüşə gedəcəm.

Hafta.az-ın məlumatına görə, bunu bu gün Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket atəşi nəticəsində yaralanan və hazırda Yevlax Mərkəzi Xəstəxanasında müalicə alan Cabbarov Əhəd Səfiyar oğlu deyib.

O, atəş anını belə təsvir edib:

"Yoldaşımla oturmuşdum, qəfil başladı, bilmədik necə oldu. Mən olan yerə 2 raket düşdü, səhv eləmriəmsə. Ayağımı və qolumu qırıb.

Hadisə nəticəsində yaralanan digər Bərdə rayon sakini Əliyev Rüstəm Məhəmməd oğlu isə iş yerinin qarşısında xəsarət alıb:

"Mərmi düşəndə dərhal yerə uzandım. Gördüm yox, yenə atırlar. 4-ü, ya 5-i düz yanımıza düşdü. Mən başımdan yaralandım. Biz uzandıq, amma ayaq üstdə olanlar var idi. Hər şey bir anda oldu. Dağıldı elə bil Bərdə. Mən belə bir mənzərə heç yerdə görməmişdim. Hamısı işində-gücündə olan insanlar idi. Ermənin gücü ancaq əli silahsız insanlara çatır".

Oxunma sayı 228
Siyasət rubrikasından digər xəbərlər