İlham Əliyevin müharibə dövründəki çıxışları kitab halında çap olunacaq

12:36 13.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin müharibə dövründəki çıxışlarının kitab halında çap edilməsi təklif edilib.

Hafta.az-ın məlumatına görə, bu barədə deputat Etibar Əliyev parlamentin bu gün keçirilən iclasında təklif edilib.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bununla bağlı Milli Məclisin kitabxanasının təşəbbüsü var. O qeyd edib ki, Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq.