“ATƏT-in Minsk qrupunun həmsədrləri formatında yenidən danışıqların başlanması üçün yeni bir mərhələ hazırlanır. Rusiya XİN rəhbəri Sergey Lavrov və Ermənistan XİN rəhbəri ilə bu istiqamətdə həmsədr formatında siyasi həll yolunu nizamlanmanı vurğulayır. Ona görə Minsk formatı çərçivəsinə qayıtmaq istəyirlər ki, bu format Azərbaycana qarşıdır və Türkiyənin burada siyasi rolunun qarşısını almağı hesablayırlar. Xüsusilə Fransa burada əsas təşəbbüs göstərir”.
Hafta.az xəbər verir ki, bunu MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə son vaxtlar ABŞ və Fransanın Qarabağla bağlı aktivləşməsi və Qarabağın statusu məsələsini qabartmaq istəkləri ilə bağlı şərhində bildirib.
Politoloq hesab edir ki, məhz Rusiya XİN rəhbəri Qarabağla bağlı prosesləri Minsk qrupu ölkələri ilə bölüşdüklərini qeyd edir.
“Minsk qrupu artıq sentyabrın 27-dən öz funksiyasını itirib. Bu, format uzun illər işğala dəstək verib və Ermənistanın mənafelərinə xidmət edib. Müharibənin ilk günündən Fransanın vasitəçiliyinin birtərəfli şəkildə işğalçı ölkənin yanında olduğu təsbit olunub. Bundan sonra, Minsk qrupu formatına ehtiyac varmı buna diqqət edilməlidir. Azərbaycan Minsk qrupu formatında gedən danışıqlara ona görə sadiq idi ki, Ermənistanı həll varinatlarına razı salıb, münaqişəni həll edəcəklərinə ümid edirdi. Amma, Minsk qrupu bu istiqamətdə fəal olmadı. İndi isə, Azərbaycan hərbi yolla status-kvonu dəyişdi və Ermənistan kapitulyasiya imza atdı. Minsk qrupu artıq post-müharibə dövrü üçün deyil.Azərbaycan öz ərazi bütövlüyünü dekabrın 1-kimi həll edəcək”.
Politoloq qeyd edib ki, Ermənistan Minsk qrpunun iştirakı olmadan bəyannaməyə imza atıb. Onun fikrincə, bu, həmsədlər formatına ehtiyac qalmadığını göstərir.
“Artıq siyasi danışıqlar prosesi Ankara-Moskva-Bakı və Yerevan arasında aparılmaqla yeni bir format yaraddılıb. Rusiya və Ermənistan XİN rəhbərliyi Fransanı prosesə qoşmaq üçün yeni təmaslara keçib. Azərbaycan Minsk formatına xüsusilə Fransanın yer aldığı danışıqlar qatılmamalıdr.
Artıq, Azərbaycan qalib tərəfdir və Ermənistan və Fransa yeni plana əsasən, Qarabağa hər hansı statusun verilməsi istiqamətindədir. Azərbaycan qəti şəkildə bəyan edib ki, status olmaycaq. Belə olan təqdirdə, Minsk formatı çərçivəsində danışıqlara getmək əleyhimizə ola bilər. Azərbaycan üçün bu format tarixə qovuşmalıdır”.
Politoloq eyni zamanda bildirib ki, Türkiyə və Rusiya arsında sülhməramlı və digər məsələlərlə bağlı müqavilələr və razılaşmalar var. Yeni bir siyasi mərhələyə keçilib və Azərbaycanı növbəti dəfə status məsələsinə sövq etmək istəyirlər.
“Türkiyə, Rusiya və Azərbaycan arasında bu məsələ bitib. Azərbaycan xalqı və siyasi camesi, başda Ali Baş komandan olmaqla status məsələsinin əleyhinədir və bu haqda müzakirə yeni problemlərə gətirib çıxara bilər”.