Dünya erməniləri Azərbayacana qarşı səlib yürüşünə keçib. Dünyanın bir çox ölkələrində, o cümlədən Fransa, Livan və digər ölkələrdə yaşayan erməni fanatikləri Azərbaycanın səfirliklərinə hücum edib, səfirliyə zərər yetiriblər. Belə hucumlardan biri haqqında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz twitter hesabında paylaşım edərək, səfirlikləri qorumadığına və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymadığına görə Fransaya hökumətinə etirazını səsləndirib.
Siyasi analitik Azər Hüseynov hafta.az-a açıqlamasında bildirib ki, ermənilərin Azərbaycan səfirliklərinə təşkil olunmuş hücumlarının artması onların fəaliyyətlərinin spesifik tərəfləridir. O, ermənilərin diplomatlara hücumlarının tarixən türk səfirliklərinə hücumlar və terror aktlarının törədilməsi ilə yadda qaldığını xatırladıb. Onun sözlərinə görə, ermənilərin terror edərək türk diplomatların öldürülməsi əslində ermənilərin gücsüzlüklərinin etirafından başqa bir şey deyil:
“Azərbaycan və Türkiyə, eləcə də Avrasiya məkanında yerləşmiş digər dövlətlər hazırda mövcud olan dünya sisteminin dəyişməsi istiqamətində fəaliyyət göstərirlər. Hazırki dünya sisteminin mərkəzində Qərb dayanır və iqtisadi, siyasi, mənəvi olaraq üstünlükdədir. Bu ona görə belədir ki, 200 ildir imperialist istismar siyasətini həyata keçirir, xalqların sərvətləri, imkanları, gücləri özlərinin inkişafına deyil, bu imperialist güclərin inkişafına yönəldilir. Azərbaycan və Türkiyə buna qarşı çıxan avanqard ölkələrdən biridirlər”.
Siyasi analitik bildirib ki, imperialist güclərin əlinin altında istifadə etdikləri “balacalar" olur və ermənilər də həmin o balacalardandır.
“Həmin o balacalar “sahiblərin öz itini kiminsə üstünə göndərdiyi” kimi indi də bizim səfirliklərimizi hədəfə alırlar. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, xaricdə yaşayan azərbaycanlıların, eləcə də səfirliklərimizin qorunması istiqamətində yeni təhlükəszilik tədbirlərinin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanmalıdır”.