"İqtisadiyyat 2 ildən sonra bərpa olunacaq"

09:30 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Mərkəzi Bankı ölkə iqtisadiyyatının iki il ərzində bərpa olunacağını proqnozlaşdırıb. Qurum 2023-cü ilin ikinci rübündə 4,2 faiz artım gözlədiyini qeyd edib.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Mərkəzi Bank daha əvvəl köhnə “+1” olaraq açıqlanan 2023-cü il üçün artım proqnozunu aşağı işsizlik, yüksək istehlak və investisiya fəallığına əsaslanaraq 0,5-2 aralığından yenidən nəzərdən keçirib.

Qurumun dərc etdiyi pul siyasəti hesabatında bu il iqtisadiyyatın hərəkətverici qüvvəsinin daxili tələb olacağı təsbiti yer alıb. Hesabatda artım tendensiyası 2024-cü ildə də davam edəcəyi və ilin sonuna qədər 2021-ci ilin son rübünün artım rəqəmlərini tutacağı proqnozlaşdırılır.

Mərkəzi Bank 2025-ci ilə qədər artım sürətinin 1,5-2,5 faiz arasında sabit bir kurs izləyəcəyini proqnozlaşdırıb.