"İslam dünyasının gələcəyi elm və texnologiyanın inkişafından asılıdır" - Qazaxıstan prezidenti

17:35 16.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2-ci Elm və Texnologiya Zirvəsinə videokonfrans yoluyla qatılan Qazaxıstan prezidenti Kasım Jomart Tokayev bildirib ki, müsəlman dünyasının gələcəyi elm, texnologiya və innovasiyanın inkişafından asılıdır. 

Hafta.az-ın yazdığına görə, Tokayev qeyd edib ki, bu istiqamətdə İslam dünyasında çox böyük potensial görür. "İnsan sərmayəsinə, xüsusilə də keyfiyyətli təhsilə qoyulan yatırımın həcmini artırmalıyıq. Elm və yenilik sahəsində İslam dünyasının yenidən yüksəlişini canlandırmaq üçün əməkdaşlığı genişləndirmək başlıca şərtdir", - deyib Qazaxıstanın dövlət başçısı.

İslam dünyasında təhsilə və elmi araşdırmalara önəm verilməli olduğunu deyən Tokayev, Qazaxıstanın İƏT ölkələrindən toplam 100 tələbəyə təhsil almaq üçün burs ayırmağa hazır olduğunu da nəzərə çatdırıb. 

Tokayev, koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparmaq üçün vaksinin ədalətli və ölkələr üzrə bərabər paylanılmasını vacib sayıb, bundan siyasi vasitə olaraq istifadə edilməsini yolverilməz adlandırıb. "Qazaxıstan İƏT ölkələrinə özünün istehsal etdiyi QazVak peyvəndini göndərməyə hazırdır. Hətta QazVak peyvəndini digər İƏT ölkələrində istehsalına da isti yanaşır", - deyib prezident Tokayev.

Oxunma sayı 2127
Siyasət rubrikasından digər xəbərlər