"Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində qrup qalibi oldu

23:20 30.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçına çıxıb.

Hafta.az xəbər verir ki, Naxçıvan təmsilçisi Avstriya çempionu "Ljuti Krajişniçi" klubu ilə qarşılaşıb.

Matç çempionumuzun 12:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Araz-Naxçıvan" öz qrupunda 9 xalla birinci yeri tutub.  

Qeyd edək ki, Azərbaycan çempionu F qrupunda 1-ci turda Şimali İrlandiyanın "Sparta Belfast" klubuna 9:1, 2-ci turda isə Şotlandiya təmsilçisi "PYF Saltires"ə isə 7:2 hesabı ilə qalib gəlib.