“Neftçi”dən ağır məğlubiyyət

22:01 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün “Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayıb.

Hafta.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəlib.

Oyun qonaqların qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.

"Neftçi" - "Dinamo" - 2:4

Qollar:  Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57, Yevgeni Malaşeviç, 47, Quljiqit Alıkulov, 77