"Bəzi ölkələrdə koronavirusla bağlı ictimai fikir çaşdırılır" - Baş konsul

11:39 10.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin İstanbuldakı Baş konsulu Cui Vey "İstanbullulara məktub" başlıqlı açıqlama yayıb.

Hafta.az yazır ki, dünyanı dəhşətə salan koronavirus haqda söz açan çinli diplomat bir daha xatırladıb ki, epidemiyaya səbəb verən koronavirus Çinin Xubey əyalətinin Uxan şəhərindəki dəniz məhsulları satılan bazarda ortaya çıxıb. Artıq virusun gen sistemi araşdırılaraq Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəsmi məlumat verilib.

Baş konsul bildirib ki, virusun dəniz məhsulları satıldığı bazarda ortaya çıxmasına baxmayaraq, dəniz məhsullarına heç bir dəxli yoxdur. Hesab edilir ki, həmin bazara qanunsuz yolla hansısa vəhşi heyvan növü gətirilib və epidemiya da məhz o canlıdan yayılıb.

Diplomat deyib ki, epidemiyanın yayılmasına yol açdığı iddia edilən yarasa şorbasını içən çinli qadının çəktiyi videonun əslində 2016-cı ildə Cənubi Sakit Okean bölgəsində çəkildiyini vurğulayan Cuy bildirib ki, ümumiyyətlə, Çin mətbəxində yarasadan şorba bişirilmir. 

Cuy Vey, Uxan şəhərində 10 gün ərzində toplam 2,500 yataqlı 2 özəl xəstəxana tikilərək fəaliyyətə başladığını, ayrıca 2 gün içində 10 min yataqlı 11 təsisin də xəstəxanaya çevrildiyini, bütün şəhərdə qarantin elan olunduğunu vurğulayıb.

Baş konsul Cuy Vey, artıq geniş yayılmağa başlayan, epidemiyanın əslində bioloji silah məhsulu olmasına dair şailərə də açıqlıq gətirib:

"Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru epidemiyanı qlobal miqyasda fövqəladə vəziyyət elan etməsinə rəğmən, dəfələrlə deyib ki, səyahət və ya ticari məhdudiyyətlərin tətbiqi ilə razı deyil. ÜST mütəxəssisləri bildiriblər ki, yeni tip koronavirus epidemiyası qlobal təhlükə deyil, sadəcə bir neçə mənbədə yer alır və bir insandan digərinə qrip şəklində keçir. Eyni zamanda, virus gözlənildiyinin əksinə olaraq heç bir mutasiyaya uğramayıb. Bütün bunlara baxmayaraq, bəzi ölkələrin aldıqları müdafiə tədbirləri xaos yaradıb. Bu da ictimai fikri çaşdırıb, reallıqları öyrənməyə imkan vermir. Məktubu da bu səbəbdən yazmaq məcburiyyətində qaldım". 

Məktunun sonunda, diplomat qeyd edib ki, korionavirus düşünüldüyü qədər dəhşətli deyil. Artıq virus təsbit edilib, çox sayda yoluxmuş insanlar müalicə edilərək evlərinə buraxılıb. "Aslində diqqət etməli olduğumuz zərurət - təşvişə düşməmək və şayiələrə qulaq asmamaqdır. Çünki bunlar ən öldürücü virusdan da dəhşətli nəticələr verir. Xahiş edirəm hamı bu epidemiyaya qarşı soyuqqanlı olsun və problem barədə məntiqlə düşünsün", - deyib Baş konsul Cuy Vey.