Son günlər ölkə ərazisində kəskin respirator virus infeksiyaları müşahidə olunmağa başlayıb. Bu virusa yoluxanlar arasında yaşlılarla yanaşı, uşaqlarda aşkarlanır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.
Mərkəzin baş direktor müavini Afaq Əliyeva hafta.az-a bildirib ki, biz bilirik kəskin respirator infeksiyaları insanlar arasında var:
“Əsasən bizim xəstələr müraciət edib qeydiyyata düşmürlər. Vaxtında bu hal müşahidə olunanda həkimə müraciət etmirlər. Demək olar ki, ayaqüstü bu xəstəliyi keçirirlər. Bunun bir mənfi tərəfi də odur ki, biz tam siyahi çıxara bilmirik. Bizdə həkimlərin müraciəti əsasında qeydiyyat aparılır. Eyni zamanda ayaqüstü keçirəndə bir həftə bronxit öskürək müşahidə olunur. Əgər bu kimi hallar müşahidə olunursa mütləq həkimə müraciət etməlidirlər. Bu mövsümdə bir az diqqətli olmaq lazımdır, insanların sıx olduğu ərazilərdən uzaq olmalıdırlar. Kollektiv şəkildə çalışan şəxslər bu virusa yoluxursa ona şərait yaradılmalıdır, işdən aralı tutulmalıdır ki, digərləri də yoluxmasın. Bu, həm özünün vaxtında sağalmasının, digərlərinin isə yoluxmaması deməkdir”.