Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərə yola düşüb.
Hafta.az xəbər verir ki, bu barədə o “X”də bildirib.
Slovakiya Prezidenti bildirib ki, iki ölkə arasında möhkəm münasibətlər formalaşıb:
“Bu səfər həmin etimadı enerji, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir. Tərəfdaşlığımızı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq məqsədilə Prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Slovakiya Prezident Sarayının yaydığı məlumata əsasən, Slovakiya Prezidentinin Ağdama səfər edəcəyi, Baş Qərvənd kəndindəki "Ağıllı Kənd" layihəsi ilə tanış olacağı və general Milan Rastislav Stefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcəyi bildirilir.
Həmçinin, Slovakiya prezidentinin Bakıya səfər proqramı çərçivəsində slovak sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan Biznes Forumu da keçiriləcək.