"Cəmiyyət adətən təhsildən narazıdır" - Təhsil naziri

11:41 21.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntilər formalaşır".

Hafta.az xəbər verir ki, bu haqda bu gün elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, insanın inkişafına ailə, məktəb və makro göstəricilər təsir edir:

"Dünyadakı tədqiqatlarda həmin bu mühitlərin ölçüləbilən meyarları var. Valideyn tərəfindən məktəblə bağlı suallar verilən uşaqla, bu cür suallar verilməyən uşaq arasında oxuma, anlama, riyazi bacarıqlarda fərq var”.