"DNR və LNR"-nin tanınmasının əvəzini ruslar ödəyəcək- rusiyalı ekspert 

18:29 15.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Krım təcrübəsindən sonra ruslar artıq hakimiyyətin siyasi ambisiyaları üçün öz rifahlarını qurban verməyə hazır deyillər.

Hafta.az xəbər verir ki, bu fikirləri iqtisadi siyasət üzrə rusiyalı ekspert İvan Çumakov Rosbalt-ın müxbirinə Dövlət Dumasının Donetskin və Luqanskın tanınması ideyasını dəstəkləməsini şərh edərkən bildirib.

Ekspertin fikrincə, federallar Rusiya qoşunlarının xaricdə olmasını leqallaşdıracaq siyasi addım atacaqlar, lakin belə bir qərarın nəticələri təkcə siyasi deyil, həm də iqtisadi xarakter daşıyır.

“Mən tarixi paralel aparardım. Krımı xatırlayaq, 2014. Başqa ölkələrin necə davranacağını artıq bilirik. Sanksiyalar ardıcıl gələcək" deyi Çumakov.

O, rublun "idxaldan asılı valyuta" kimi güclü şəkildə zəifləyəcəyini proqnozlaşdırır: “Biz növbəti inflyasiya raundunu gözləyirik, onu saxlamaq çətin olacaq, çünki ölkə artıq xroniki iqtisadi böhran yaşayır. İnsanlar isə dəmirdən yaranmayıb. Cəmiyyətdə depressiv əhval-ruhiyyənin artacağını görəcəyik, çünki o, həm covid məhdudiyyətlərindən, həm də ümumiyyətlə hökumət siyasətindən yorulub".