Yazını böyüt
Yazını kiçilt
"Elektroenergetika haqqında” qanun həm bu sahədə bütövlükdə münasibətlərin sistemləşdirilməsi, həm də istehsal, satış proseslərinin ayrılması baxımından vacibdir. Bu həm də enerji istehsalında müasir çağırışlara uyğun olaraq ənənəvi mənbələrlə yanaşı, digər alternativ mənbələrdən də istifadə imkanları baxımdan vacibdir.
Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov deyib:
"Bu ilin yanvarın 1-də etibarən alternativ mənbələrdən istifadə edərək enerji istehsal edən və onu ümumi şəbəkəyə satan vətəndaşlarımız üçün vergi güzəşləri tətbiq olundu. Bu həm ev təsərrüfatlarının, həm də sahibkarların stimullaşdırılması baxımından vacibdir. Yəni bu istiqamətdə işlər davam etdiriləcək".