"Ermənistan təxribatlara son qoymalıdır" - Hulusi Akar

16:32 04.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ölkəmizdə səfərdədir. 

Hafta.az-ın yazdığına görə, Bakının düşmən işğalından azad edilməsinin 104-cü ildönümünü qeyd etmək üçün Bakıda olduğunu deyən Akar, iki ölkə arasında dostluq və qardaşlığın “bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini bildirib.


“İkinci vətənimiz” kimi xarakterizə etdiyi Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Akar göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqları azad etdiyi “Bir Vətən Hərəkatı” ilə Türkiyə - Azərbaycan dostluğunun və qardaşlığının daim möhkəmləndiyini bildirən Akar, “Azərbaycanın işğal altındakı torpaqları azad etməsi Cənubi Qafqazda daimi sülh üçün tarixi fürsət pəncərəsi açdı” deyib.

Ermənistanın son 30 ildə olduğu kimi, yenə də ciddi təxribatlara əl atdığına işarə edən Akar bildirib ki, "Ermənistan təxribatlara son qoymalı, Azərbaycanla əldə etdikləri barışıq çərçivəsində sülh danışıqları və əməkdaşlığa diqqət yetirməlidir".

H.Akar Azərbaycanın ordusunun yaralı əsgərlərinə şəfa diləyib və deyib: "Türkiyə olaraq qardaş Azərbaycan bir yumruq olaraq qalacağıq. Azərbaycanlı qardaşlarımızla indiyədək olduğu kimi, “bir millət, iki dövlət” anlayışını rəhbər tutacağıq. Azərbaycan heç vaxt tək deyil”.

Oxunma sayı 1624
Siyasət rubrikasından digər xəbərlər