"Ermənistan və Azərbaycan artıq sülh vəziyyətindədir" - Kostanyan

20:30 17.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan və Azərbaycan sülh vəziyyətindədir".

Hafta.az xəbər verir ki, bunu Antaliya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

XİN rəhbəri  bildirib ki, Ermənistan və Azərbaycan artıq sülh vəziyyətindədir:

"Biz artıq ilkin mübadilələrə başlamışıq, o cümlədən Azərbaycandan neft məhsullarının idxalı həyata keçirilir. Tərəflər həmçinin gələcək mümkün ticarət üçün malların siyahıları ilə mübadilə ediblər".

Kostanyanın sözlərinə görə, normallaşma prosesi davam edir:

"Sülh sazişinin mətni artıq paraflanıb və biz onun imzalanması və sonrakı ratifikasiyası istiqamətində Azərbaycan tərəfi ilə işi davam etdirəcəyik".