ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Şahzadə Harrinin Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə dəvət olunmasına təəccübləndiyini söyləyib.
Hafta.az-ın "Daily Mail"a istinadən yazdığına görə, Tramp kral ailəsi ilə bağlı mübahisəli açıqlamalarından sonra Sussex hersoqunun tacqoyma mərasiminə dəvət edilməməli olduğunu deyib və əlavə edib ki, Harri kral ailəsi haqqında çox ağır ittihamlar səsləndirib. "Onun dəvət olunması məni təəccübləndirdi. Nə dediyini düşünün, dəhşətli sözlər dedi. Məncə kitab çox qorxulu idi", - Tramp deyib.
Trampın "Spare" (Ehtiyat) kitabında Şahzadə Harri hələ 12 yaşında olarkən, anası Şahzadə Diananın faciəvi qəzada ölməsindən sonra keçirdiyi emosional təcrübələrdən bəhs edir.
Sussex hersoqu böyük qardaşı Şahzadə Uilyamla fikir ayrılıqlarından və kral ailəsinin onu "ehtiyatda olan şahzadə" kimi gördüyündən də danışır.
Kral ailəsindən ayrılaraq 2020-ci ildə həyat yoldaşı Şahzadə Meghan Marklla birlikdə ABŞ-a köçməklə böyük qalmaqal yaradan Harri Əfqanıstanda hərbi xidmətdə olarkən öldürdüyü Taliban döyüşçülərindən bəhs etdiyi üçün kəskin reaksiyalarla da üzləşib.
Kitabın təşəkkürlər hissəsində kral ailəsinin üzvlərinin adları da çıxarılıb.
Tramp şahzadənin ötən il vəfat edən Kraliça Elizabetə hörmətsizlik etdiyini əsas gətirərək deyib: "Elizabet illər boyu mübahisəsiz yaşadı. Ona qarşı hörmətsizlik edə bilməzsən. Ancaq düşünürəm ki, Meghan ona qarşı çox hörmətsiz, çox hörmətsiz davrandı".