Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Hüsnünə Aşiq " xətt sənəti üzrə qrup sərgisi keçirilib.
Hafta.az-ın yazdığına görə, sərgidə iştirakçıların ərəb dilində olan əl işləri nümayiş etdirilib.
Tədbirin açılışını edən Mərkəzin müdiri professor Tarek Məhəmməd iştirakçıların Quran ayələrini belə möhtəşəm xətt sənəti ilə işlənməsindən təəccübləndiyini qeyd edib, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən tədbirin təşkilatçısı Sahilə Rəxdari Azərbaycanda bu sahədə əl işləri olan xanımları bir araya yığaraq belə bir tədbir təşkil etdiyi üçün çox məmnun olduğunu bildirib, tədbirin keçirilməsinə şərait yaratdığı üçün Mərkəzin rəhbərliyinə təşəkkür edib.

Sərgidə iştirak edən 44 günlük Vətən müharibəsi şəhidləri, Qarabağ ordenli baş leytenant Cəmil Nəcəfovun, baş gizir kəşfiyyatçı Sübhan Abdurəhmanlının və Bəhruz Zeynalovun anası çıxış edərək belə gözəl tədbirə dəvət olunduqlari üçün münnətdarlıq ediblər.
Sonda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.