"Keşlə" və "Sumqayıt" mübarizəni dayandırdı

22:03 29.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Hafta.az xəbər verir ki, təmsilçilərimizdən "Keşlə" "Soçi" ilə doğma meydanda qarşılaşıb. Komandalar arasında Rusiyada keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatmışdısa, "Keşlə" Bakıdakı oyunda da rəqibi ilə bacarmayıb - 2:4. Bununla da Sənan Qurbanovun komandası turnirlə vidalaşıb. 

"Sumqayıt" ilk oyunda Belqradda qolsuz bərabərliyə razılaşdığı "Çukariçki" (Serbiya) ilə evdə oynayıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb  2:0. Beləliklə, "Sumqayıt" da yarışı erkən bitirib.


UEFA Konfrans Liqası
29 iyul

 

"Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya) - 2:4
Qollar: 
Duqandziç, 21 (0:1), Santos, 35 (1:1), Burmistrov 38 (1:2), Hacıyev, 52 (2:2), Marqasov, 70 (2:3), Duqandziç, 82 (2:4)
Baş hakim: Viktor Şimusik (Belarus)
Bakı. "ASK Arena".
İlk oyun - 0:3

"Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya) - 0:2
Qollar:  
Ndiaye Mame, 11 (0:1), Doçiç, 16 pen. (0:2)
Baş hakim: Yorgen Burxardt (Danimarka)
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun - 0:0

Oxunma sayı 756