"Koroğlu" körpüsündə QƏZA - Sıxlıq yarandı

11:01 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami rayonu, Heydər Əliyev prospekti, "Koroğlu" körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları hadisə yerindədirlər və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması üzrə işlər görülür.