Yazını böyüt
Yazını kiçilt
ABŞ Dövlət katibi Marko Rubio Yəməndə fəaliyyət göstərən husilərin İran tərəfindən Yaxın Şərqdəki münaqişəyə cəlb olunduğunu bildirib.
Hafta.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb. “Mən gərginliyin azalacağına ümid edirəm. Düşünürəm ki, husilər bu vəziyyətə İran tərəfindən cəlb olunublar”, – deyə Rubio bildirib.
Onun sözlərinə görə, husilər əvvəllər ABŞ-İran qarşıdurmasından kənarda qalmağa çalışsalar da, hazırda Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə hücum etməklə münaqişənin iştirakçısına çevriliblər.
Bu arada ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, husilər Qırmızı dənizdə gəmilərə yenidən hücum etsələr, Vaşinqton hərbi əməliyyat keçirəcək və buna görə İranı məsuliyyət daşıyan tərəf hesab edəcək.