Koronavirus öz əhatə dairəsini genişləndirməkdə davam edir. Bu ölümcül təhlükə artıq İran İslam Respublikasında da müşahidə olunub. Belə ki, bir neçə ölüm halı da qeydə alınıb. İranla Azərbaycan arasında gediş-gəlişin çox olduğunu nəzərə alsaq, bu virusun ölkəmizdə yayılma riski nə qədərdir?
Respublikanın baş infeksionisti Cəlal İsayev hafta.az-a açıqlamasında bildirdi ki, demək olar, belə bir risk ehtimal olunmur:
“Azərbaycan vətəndaşlarının vürusa yoluxma təhlükəsi orada kütləvi şəkildə virusa yoluxma tendensiyası mövcud olduğu zaman arta bilər. Çinin özündə də ölənlər var, sağalanlar da var. Kimsə deyirsə, Azərbaycan vətəndaşı gedib İranda koronavirusa yoluxacaq, ona inanmıram. Bizim də Çində olan vətəndaşlarımız qayıdıb gəlib. Onlarda da bu virus müşahidə olunmayıb. Hazırda gücləndirilmiş rejimdə çalışan qurumlar var. Səhiyyə Nazirliyi, TƏBİB, Gömrük Komitəsi buna nəzarət edir. Iranda bu virus bizə sıçrayıb yayıla bilməz”.