Kovid epidemiyasından sonra artan infarkt hadisələri insanlar arasında çaxnaşma yaradıb. Hətta böyük bir kəsim bunun səbəbinin Kovid peyvəndləri olduğu iddia edir.
Hafta.az-ın yazdığına görə, türkiyəli məşhur ürək-damar cərrahı, professor Yusuf Kalko bildirib ki, kovid epidemiyası və kovid peyvəndi sonrası infarktların sayının artdığını heç kim gizlədə bilməz.
"Ətrafınızdakı insanların son vaxtlar infarkt keçirməyə, hətta ölməyə başladığını görmüsünüzmü. Görəsən niyə belə olur, mən burada şeytanın vəkili rolunu oynayıram. Son 3-4 ildə həyatımız iki yerə bölünüb, koviddən əvvəl, koviddən sonra. Biz ürək-damar həkimləri və ya cərrahlar olaraq infarktları koviddən əvvəl və koviddən sonra deyə iki yerə ayırmalıyıq. Hamımız kovid keçirmişik və ya peyvənd olunmuşuq. Baxın, biz bu qədər infarkt və ya ölüm görmüşdükmü, xeyr. Indi daha çoxdur”, - cənab Kalko deyib.

Professor buldirib ki, ürək çox vacib orqandır, necə ki, maşın mühərriksiz işləmir, insan da ürəksiz yaşaya bilməz. “Mən buradakı insanlara səslənirəm ki, Allah xatirinə ürəyinizi yoxlayın, müntəzəm olaraq həkim müayinəsinə gedin. Əgər mədə probleminiz yoxdursa, nəzarətsiz təzyiqiniz yoxdursa, heç olmaya körpə aspirini alın. Peyvənd vuranlara səslənirəm, mütləq aspirin qəbul edin, ötən gün səhiyyə naziri söhbət əsnasında bir söz dedi. Amma gözdən qaçdı” deyən professor əlavə edib ki. Səhiyyə sistemi kovid peyvəndi və kovidin uzunmüddətli təsirləri haqqında heç nə bilmir.
“Bax, deyirəm, elmi iş görməmişəm, amma mətbəxdən, çöldən zəng edirəm, kovid virusu və kovid peyvəndi infarktını artırıb. Ona görə də mütəmadi olaraq ürək müayinənizi etdirin”, - deyib Yusuf Kalko.