"Mobil internetin kəsilməsi bizdə adi normadır" – Georgiy Bovt

09:45 10.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanınmış politoloq və köşə yazarı, “İzvestiya” və “BFM”in müəllifi Georgiy Bovtun fikrincə, Rusiyanın bir çox regionlarında mobil internetin tez-tez kəsilməsi artıq “istisna” deyil, “daimi təcrübə”dir. "Pərdə arxasında bu kəsilmələr bəzən bir təlim, bəzən təxribata qarşı tədbirdir. Amma nəticə eynidir: insanlar bu vəziyyətlə yaşamağı öyrənməlidirlər", - deyən Bovt, xüsusilə də strateji infrastrukturlara yaxın bölgələrdə bu kəsilmələrin qaçılmaz olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, BFM.ru saytındakı məqaləsində Bovt, "Ukraynanın pilotsuz təyyarələri hələ ki, Kamçatkaya çata bilmir, lakin biz gördük ki, bu qurğular yük maşınları ilə ölkə daxilində daşınıb oradan buraxıla bilər. Ona görə də interneti kəsmək üçün cəbhə xəttinə yaxın olmaq lazım deyil. Qərar yerli idarəçilərin və təhlükəsizlik bölmələrinin təhdid anlayışı ilə müəyyən edilir".

İyun ayında 50-dən çox bölgədə 650-dən çox kəsin olduğunu ifadə edən Bovt, "Ən çox kəsilmə yaşanan bölgə Ukraynadan 2500 kilometr uzaqlıqda olan Omsk oldu. Bu, yerli təhlükəsizlik hissi əsasında nə qədər qərar verildiyini göstərir" deyib.

Təhlilçinin fikrincə, vətəndaşlar da bu yeni normal şəraitdə öz vərdişlərinə yenidən baxmalıdırlar. "Mobil telefon ödənişi, QR kodu və ya onlayn bank kartı istənilən vaxt işləməyə bilər. Kağız xəritəni necə oxumağı bilmirsinizsə, öyrənin. Nağd pulla ödəməyi unutmayın. Taksiyə zəng etmək üçün proqramdan istifadə etmək əvəzinə telefonla zəng etməyə alışın" deyən Bovt və şirkətlərə mobil şəbəkədən asılı olmayaraq internet infrastrukturu qurmağı təklif edib. Bovt, fərdlərin bu rəqəmsal kövrəkliyə qarşı bütün həyatlarını kağız üzərində saxlamalı olduğunu bildirərək deyib: "Mərkəzi Bank rəqəmsal rublun internetsiz də işləyə biləcəyini deyir, ancaq biz ilk növbədə köhnə üsulları unutmamağı öyrənməliyik. Önümüzdəki dövrdə rəqəmsal sistemlərə həddən artıq güvənmək əvəzinə, hər şeyə alternativ saxlamaq daha ağıllı olacaq".