Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin Kaliforniya ştatında keçirilən əyləncə tədbirində baş verən atışma nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Hafta.az xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı tədbirdə 300-dən çox insan olub.
Yaralılar xəstəxanaya çatdırılıb, bir nəfər isə hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları şübhəlinin hələ saxlanılmadığını və araşdırmanın davam etdiyini açıqlayıb.