"Modul tipli xəstəxanaların istifadəyə verilməsi  düşünülmüş tədbirlərdən xəbər verir"- DEPUTAT

16:03 03.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dünyada və Azərbaycanda koronavirus pandemiyası yarandıqdan sonra dövlət başçısı Bakı şəhərində, eləcə də regionlarda modul tipli xəstəxanaların açılışında iştirak edib. Və bu proses hələ də davam edir. Virusa yoluxmuş şəxslərin müalicəsi üçün bu kimi xəstəxanaların sayının artırılması Prezident İlham Əliyevin öz nəzarəti altındadır. 

Pandemiyanın davam etdiyi müddətdə ölkədə modul tipli xəstəxanaların açılmasını hafta.az-a şərh edən millət vəkili Qənirə Paşayeva dedi ki, cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakı həkimlərimizin, tibb personalının gücünə güc qatır, xəstələrə qüvvətli inam aşılayır. Deputatın fikrincə, həm yeni səhiyyə ocaqlarının açılışı, həm də ali dövlət rəhbərliyinin açılışlarda iştirakı, cənab Prezidentin hər üç açılış mərasimindəki təsirli nitqi, ölkəmizdə koronovirusla bağlı psxioloji durumun gərginlikdən daha da uzaq tutulması baxımından da çox faydalıdır:

"Özəliklə, dövlət başçısı və xanımının tibbi maskadan istifadə etməsi, Prezidentin tibbi maska taxmaqla bağlı dedikləri, bu mövzuda bir daha çağırışlar etməsi fərqləndirməli olduğumuz məqamlardır: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb”.      

Q. Paşayeva əlavə olaraq bildirdi ki, koronovirusun respublikamızda daha çox təsbit edildiyi, əhalinin sıx məskunlaşdığı Abşeron yarmadası, yarmadanın misalında ümumən ölkəmiz üç modul tipli xəstəxana kompleksi ilə yeni imkanlar qazandı:

"Biz burada, ən azı üç mühüm istiqaməti fərqləndirə bilərik: məqsədyönlülük, operativlik və səriştə. Bu üçlü istiqamətlənmə ilə, belə modul tipli xəstəxana komplekslərinin quraşdırılması ilə səhiyyə sistemimiz əlavə 2000 çarpayılıq ehtiyat əldə etmiş oldu. COVİD –19-a yoluxmuş, yaxud risk qrupuna daxil olan vətəndaşlarımızın vacib, təxirəsalınmaz tibb xidmətləri ilə əhatə olunması üçün vahid idarəetmə, o cümlədən tibbi əlaqələndirmə təmin edilmiş oldu. Modul tipli xəstəxanaların istifadəyə verilməsindən başqa, tibbi maska müəssisələrinin açılması, dezinfeksiya vasitələrinin respublika daxilində istehsal olunması, həkimlər üçün geyimlərin istehsal edilməsini də qeyd etməliyik. Bütün bunlar, qlobal pandemiya təhlükəsi qarşısında müdafiə üçün dövlət tərəfindən vətəndaşa təqdim edilmiş çoxtərəfli, düşünülmüş tədbirlərdən xəbər verir".

Oxunma sayı 927
Sosial rubrikasından digər xəbərlər