"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

23:00 28.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Neftçi" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə "Neftçi" 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında Yunanıstanda oynanılan ilk görüşdə də eyni hesabla uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Samir Abasovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək. "Neftçi" burada HİK-lə (Finlandiya) görüşəcək. Bakı təmsilçisi ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

28 iyul

"Neftçi" - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol:
 Masuras,15
"Bakcell Arena"
İlk oyun - 0:1

Oxunma sayı 596