"Ötən il ölkədə 35 min nəfər cinayətin qurbanı olub" - prezident

11:55 22.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikada 2019-cu il ərzində 35 mindən çox insan cinayətin qurbanı olub.

Hafta.az yazır ki, bu sözləri Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib. O, bildirib ki, insan ölümü ilə nəticələnən cinayətlərin sayı, rəsmi məlumata görə, 2018-ci illə müqayisədə 2019-cu ildə 2,7 faiz artıb. Nəticədə ötən il 35588 meksikalı öldürülüb. 

Prezident qeyd edib ki, bu gün Meksikada ən böyük problem məhz cinayətlərin çox olmasıdır. "Amma, bu o demək deyil ki, cinayət halları dövlətimizin birinci məsələsidir, yox, cinayətlərin artmasına stimul verən və dövlətə zərər vuran korrupsiya və rüşvətxorluq Meksikanın bəlasıdır", - deyib prezident.

"Ağ yaxalıqlı cinayətlər" - narkotik kartelləri öz qanunsuz əməlləri ilə dövləti çökdürməyə çalışırlar. Hesab edirəm ki, məhz həmin "ağ yaxalıqlı cinayətlər" durdurulmalıdır", - deyib Lopez Obrador. O, "ağ yaxalıqlı cinayətlər"ə qarşı, narkotik kartelləri ilə eyni səviyyədə mübarizə aparıldığını vurğulayıb. 

Bu arada deyək ki, Beynəlxalq Axtarış Komissiyasının sədri Karla Quintana, yanvarın əvvəlində bildirmişdi ki, 2006-cı ildə narkotik tüccarları ilə mübarizə zamanı Meksikada 61637 nəfər itkin düşüb. O, 2019-cu ildə sadəcə itkin düşüb, tapılmayan 5 mindən çox adamı qeydə aldıqlarını və 2006-cı ildən bu yana Meksikada 3631 gizli məzar tapıldığını diqqətə çatdırıb. 

Məlumat üçün bildirək ki, Meksikada 2006-cı ildə, o dönəmin prezidenti olan Felipe Kalderonun kartellərə qarşı başlatdığı və xələfi Enrique Pena Nietonun apardığı sərt mübarizənin yaratdığı çıxılmaz vəziyyətdən dolayısı ölkədə həlak olanların sayı 300 mini aşıb, 340 min nəfər isə yerindən-yurdundan digərgin düşüb.