Putin Ukraynada qalib olsa, bu, Qarabağın yaxın gələcəkdə yenidən əlimizdən çıxması deməkdir. Bu,birmənalıdır. Çünki diqqət edirsizsə, elə ki, Putin Ukrayna ilə bağlı fikirlərində ciddiləşir, ermənilər hamısı şirəyə daraşan it arısı kimi vızıldaşırlar. Araik Arutyuntan kimdir ki, gedib Moskvada Şuşanın, Hadrutun “taleyini həll edir”?..
Bu fikirləri hafta.az-a politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Azərbaycanın Laçın dəhlizinə alternativ yolun çəkilişini sürətləndirməsi hayları daha da hiddətləndirib. Həmin yol çəkilib başa çatanadək ermənilər hər cür təxribat törədəcək:
"Və nə qədər ki, Rusiya Qarabağda oturub, biz deyə bilmərik ki, o torpaqlar tam mənada bizimdir. Düzdür, İlham Əliyev çox böyük iş gördü, son iki yüz ildə ilk dəfədir ki, Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarılır. Şuşa azad olundu... Elə Rusiyanı, revanşist, daşnak erməniləri havalandıran da budur... Ona görə də dövlət və xalq olaraq çox ayıq olmalıyıq..."