"Qarabağ" Almatıda qalib gəldi

21:35 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Hafta.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Qazaxıstanda "Kayrat"ın qonağı olub.

Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdə də 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub.. "Qarabağ" bu qələbə sayəsində pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün qrupun bu gün keçiriləcək digər matçında “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır. 

4 noyabr

Konfrans Liqası

H qrupu, 4-cü tur

“Kayrat” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) - 1:2 

Qollar: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 62 (1:2)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena